Futbol üzrə Unibank Premyer Liqasının XV turunda "Neftçi" ilə keçirilən qarşılaşmadan (2:4) sonra "Simurq"un baş məşqçisi Sergey Yuran vətəninə - Rusiyaya yollanıb. Siasport.az saytı xəbər verir ki, S.Yuranın səfərində məqsəd Pro kateqoriyalı məşqçi kursunda iştirak etməkdir. Gənc mütəxəssis Azərbaycana dekabrın 15-də qayıdacaq. Belə olan halda komandanı XVI turun "Turan"la oyununa S.Yuran çıxara bilməyəcək. Bu işi onun köməkçiləri yerinə yetirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB