“Azərreyl”dən Çempionlar liqasında möhtəşəm qələbə!

“Azərreyl”dən Çempionlar liqasında möhtəşəm qələbə!
  Dünən Bakının qadınlardan ibarət "Azərreyl" voleybol komandası, Çempionlar liqası çərçivəsində növbəti oyununu keçirib. Siasport.az saytı xəbər verir ki, D qrupunda mübarizə aparan "Azərreyl" Bakı İdman Sarayında İtaliyanın "Berqamo" komandası ilə qarşılaşıb. Olduqca kritik keçən qarşılaşmada "Azərreyl" 3:1 (25:15, 25:19, 22:25, 25:22) hesablı qələbə qaazanıb. Xatırladaq ki, komandamız bu mövsüm ilk görüşünü Rumıniyanın "Tomis Constanta" komandasına qarşı keçirib və səfərdə rəqibini məğlub edib (3:0), "Berqamo" isə Türkiyənin "Vakıfbank" klubuna məğlub olub. 

Bütün xəbərlər Facebook səhifəmizdə