"Bavariya" klubu ciddi itki ilə üzləşib

"Bavariya" klubu ciddi itki ilə üzləşib

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə "Mançester Siti" ilə qarşılaşacaq "Bavariya" klubu ciddi itki ilə üzləşib. SİA-nın verdiyi məlumata görə, Münhen təmsilçisinin iki futbolçusu Aryen Robben və Toni Kross "Mançester Siti" ilə oyunda iştirak edə bilməyəcək.


Soyuqdəyməsi olan hər iki futbolçu özünü narahat hiss etdikləri üçün sabahkı oyunu buraxmalı olacaqlar. Məhz səhhətindəki problemləri ilə əlaqədar olaraq hər iki futbolçu Mançesterə aparılmayıb.


Qeyd edək ki, A qrupunda mübarizə aparan "Bavariya" 13 xalla birinciliyi təmin edib. "Mançester Siti" isə 7 xalla 3-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə