Tunc Afşar: "Azərbaycanda Ronaldo, Messi, yaxud Arda Turan qədər məşhur ola biləcək gənclər çoxdur"
"Bakı" futbol klubu prezidentinin beynəlxalq əlaqələr üzrə məsləhətçisi Tunc Afşar bildirib ki, Berti Foqtsla müqavilənin yenidən yenilənməsi, onun üçün gözlənilməz olmayıb. Siasport.az saytı xəbər verir ki, türkiyəli menecer Azərbaycan futbolunun inkişafını sürətləndirəcək fikir də irəli sürüb. O bildirib ki, B.Foqtsun yanına yerli mütəxəsislərdən biri yerləşdirilməlidi:
"Bu, cavan, gələcək vəd edən məşqçi olmalıdır ki, alman mütəxəssisdən öyrəndiklərini sonradan Azərbaycan futbolunda tətbiq etsin. Mustafa Dənizlidən tutmuş Joze Mourinyoya qədər hansı tanınmış məşqçini götürsək, dediklərimin nə qədər önəmli olduğunun şahidi olarıq. Azərbaycanda Ronaldo, Messi, yaxud Arda Turan qədər məşhur futbolçu ola biləcək gənclər çoxdur. Elə Qvardiola, Hiddink, Terim və başqa tanınmış məşqçilər kimi gələcək vəd edən mütəxəssislər də kifayət qədərdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB