Bu axşam UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu oyunlar keçiriləcək...
Nəhayət ki, bu axşam UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu turunun oyunları keçiriləcək. Siasport.az saytı xəbər verir ki, Avropanən bu ali futbol turnirinin E, F, G və H qruplarında 8 oyun baş tutacaq. E qrupunda "Çelsi" növbəti mərhələyə adlamaq uğrunda "Valensiya" ilə həlledici görüşə çıxacaq. F qrupunda bu tur qrup liderliyini təmin etmiş "Arsenal"dan başqa bütün komandalar üçün əhəmiyyət kəsb edir. Hər üç komandanın pley-offa çıxmaq şansı qalıb. G qrupunda "Portu" qrup mərhələsini adlamaq üçün evdə "Zenit"i mütləq məğlub etməlidir. H qrupunda isə yalnız Avropa Liqasına vəsiqə verən 3-cü pillə uğrunda mübarizə davam edir.
E qrupu
23:45. "Genk" (Belçika) – "Bayer" (Leverkuzen)
23:45. "Çelsi" (İngiltərə) – "Valensiya" (İspaniya)
F qrupu
23:45. "Borussiya" (Dortmund, Almaniya) – "Marsel" (Fransa)
23:45. "Olimpiakos" (Yunanıstan) – "Arsenal" (İngiltərə)
G qrupu
23:45. "Porto" (Portuqaliya) – "Zenit" (Rusiya)
23:45. APOEL (Kipr) – "Şaxtyor" (Donetsk, Ukrayna)
H qrupu
23:45. "Viktoriya" (Plzen, Çexiya) – "Milan" (İtaliya)
23:45. "Barselona" (İspaniya) – BATE (Belarus)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB