Dekabrın 7-də daha bir Azərbaycan futbolçusu koryerasına son qoyacaq
Daha bir Azərbaycab futbolçusu koryerasına son verir. Siasport.az saytı xəbər verir ki, söhbət uzun illər "Dinamo", ardından isə onun sələfi "Bakı"nın idman şərəfini qoruyan Rafael Əmirbəyovdan gedir. 35 yaşlı müdafiəçi "Bakı"nın heyətində ənçox oyun keçirən futbolçudur. R.Əmirbəyov "Bakı"nın 2 çempionluq və 2 ölkə kuboku titullarının qazanılmasında müstəsna xidmətləri olan futbolçu kimi klub tarixinə düşüb. Kapitanın vida oyunu dekabrın 7-də klubun təlim-məşq bazasındakı stadionda keçiriləcək. Yoldaşlıq oyununda R.Əmirbəyovla yanaşı "Bakı" və Azərbaycan milli komandasının üzvləri də meydana çıxacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB