Ukraynalı Vladimir Kliçko ilə fransız Jan-Mark Mormek arasında WBA/WBO/IBF/IBO versiyaları üzrə dekabrın 10-da Almaniyada keçirilməli olan dünya çempionu döyüşü ukraynalı boksçunun xəstəliyi üzündən ləğv edildi. Siasport.az saytı xəbər verir ki, dünən alman mətbuatında yayılmış bu informasiyanı boksçunun meneceri Bernd Bente də təsdiq edib: "Vladimir çox narahatdır, o, sadəcə sarsılmışdır, amma yenidən onun son dərəcə güclü ağrıları olmuşdur. Döyüşü təxirə salmaq lazım gələcək".
B.Bente bildirib ki, bu gün Düsseldorfda keçiriləcək xüsusi mətbuat konfransında Ukrayna boksçusunun nümayəndələri vəziyyəti izah edəcəklər. Xatırladırıq ki, dekabrın 2-də Qoinqdəki məşq düşərgəsində döyüşə hazırlaşan Kliçko qarın ağrılarına görə vertolyotla İnsbrukun xəstəxanalarından birinə çatdırılıb. Oradan onu Düsseldorf xəstəxanasına aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB