Tamblinq üzrə Bakı şəhər çempionatına yekun vurulub

Tamblinq üzrə Bakı şəhər çempionatına yekun vurulub
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Gimnastika Məktəbində tamblinq üzrə Bakı şəhər çempionatı başa çatıb. Siasport.az saytı xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən keçirilən yarışda 38 idmançı mübarizə aparıb. Çempionatda idman ustası dərəcəsi üzrə Mixail Malkin, Nailə İbrahimli birinci yeri tutublar. İdman ustasına namizəd dərəcəsində Valid Abdullayev, 1-ci böyük dərəcədə Əli Həsənov, Cəmilə İbrahimli fərqləniblər. İkinci dərəcə üzrə Nəcməddin Hacıyev, İlahə Vəlizadə, üçüncü dərəcədə Tural Qasımov, Anastasiya Quliyeva qalib adını qazanıblar. Birinci gənc dərəcəlilər üzrə Ramazan Hacıməhəmmədov, Nərmin Babayeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə