Müqavilə ilə İngiltərənin "Everton" klubuna məxsus olan, amma icarə əsasında "Neftçi"də çıxış edən Araz Abdullayev Fransaya yollanıb. Dünən "Simurq"la oyunda iki qol vuraraq, komandasının qələbəsində əsas pay sahibi olan gənc futbolçu "Renn" klubunun düşərgəsinə yola düşüb.
"Renn" Arazı "Everton"dan icarəyə götürmək istəyir. Bu səbəbdən futbolçumuz Fransa klubunun düşərgəsində baxışdan keçəcək. Abdullayevin oyunu "Renn"in məşqçilərini qane etsə, o, komadada qalacaq.
Qeyd edək ki, Fransa Liqa 1-də çıxış edən "Renn" klubu 1901-ci ildə yaradılıb. 110 yaşlı klub 2 dəfə Fransa Kubokunun, 2 dəfə də Liqa 2-nin qalibi olub, 2008-ci ildə isə UEFA İntertoto Kubokunu qazanıb. Komandaya 50 yaşlı Frederik Antonetti başçılıq edir. O, 2009-ci ildən "Renn"in baş məşqçisidir. Bundan əvvəl isə bu mütəxəssis Fransanın "Bastia", "Sent-Etyen", "Nitsa" və Yaponiyanın "Qamba" klubunda çalışıb.
Komanda bu mövsüm Liqa 1-də keçirdiyi 16 oyunda 8 qələbə qazanıb, 4 heç-heçə edib və 4 dəfə məğlub olub. 27 qol vurub, 21 dəfə məyus olan "Renn" 28 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB