"Qızıl top"a namizədlərin adı açıqlandı

"Qızıl top"a namizədlərin adı açıqlandı

2011-ci il "Qızıl top" mükafatına üç iddiaçının adı açıqlanıb. FİFA-nın rəsmi saytına istinadən verilən məlumata görə, bunlar argentinalı Lionel Messi, portuqaliyalı Kriştiano Ronaldo və ispaniyalı Xavidir. "Qızıl top"un sahibinin adına 2012-ci ilin yanvarın 9-da aydınlıq gələcək.


Həmin gün "Mançester Yunayted"in baş məşqçisi Aleks Ferqyuson, "Barselona"nın çalışdırıcısı Xosep Qvardiola və "Real"ın məşqçisi Joze Mourinyo arasında ilin ən yaxşı məşqçisinin də adına aydınlıq gələcək.


Xatırladaq ki, Xavi və Messi "Barselona" ilə İspaniya çempionatı, İspaniya Superkuboku və Çempionlar Liqasının qalibi olub. Kriştiano Ronaldo isə "Real"ın heyətində İspaniya kubokunun sahibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə