Daha bir Azərbaycan taekvondoçusu karyerasını başa vurdu

Daha bir Azərbaycan taekvondoçusu karyerasını başa vurdu
Azərbaycan taekvondoçusu Rəşad Əhmədov karyerasını başa vurduğunu açıqlayıb. Siasport.az saytı xəbər verir ki, idmançı çox yorulmasını və taekvondoçuların elektron jiletə keçmələrindən sonra istədiyi kimi döyüşə bilməməsini səbəb göstərib. O bildirib ki, hər bir idmançı kimi mənim də arzum Olimpiya medalı qazanmaq idi. Amma alınmadı. R.Əhmədov qərarını Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyinə də çatdırıb. Federasiyadan ona və daha bir sabiq taekvondoçu Fəqan Umudova yeni vəzifə verilib. Taekvondoçular bölgələr üzrə kurator təyin ediliblər. Onlar vəzifələrinin icrasına 2012-ci ilin yanvarından başlayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə