“Xəzər-Lənkəran”ın sabiq futbolçusu Minsk “Dinamo”sunun məşqçisi oldu
"Xəzər-Lənkəran"ın sabiq futbolçusu Sergey Pavlyukoviç məşqçiliyə başlayıb. Siasport.az saytı xəbər verir ki, 37 yaşlı belaruslu müdafiəçi Minsk "Dinamo"sunun məşqçisi təyin edilib. S.Pavlyukoviç yeni baş məşqçi kimi təsdiqlənən Aleksandr Sednevin köməkçilərindən biridir. O, karyerasının böyük hissəsini məhz "Dinamo"da (2004-09-cu illər, 124 oyun, 7 qol) keçirib. S.Pavlyukoviç 2007-ci ilin qışında ölkəmizə gələrək, "Xəzər-Lənkəran"ın təklifini qəbul edib. Mərkəz müdafiəçisi Lənkəran klubunda oynadığı yarım ildə həm ölkə çempionluğu, həm də kuboku qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB