"Beşiktaş"ın rəqibi 30 ildən sonra "Everton"u səfərdə məğlub etdi!

"Beşiktaş"ın rəqibi 30 ildən sonra "Everton"u səfərdə məğlub etdi!

İngiltərə Premyer Liqasınının 14-cü turu çərçivəsində, səfər qarşılaşmasında dünən "Everton"un qonağı olan "Stok Siti", 30 il keçəndən sonra əzəli rəqibini 1:0 hesabı ilə məğlub etməyi bacarıb. Siasport.az saytı xəbər verir ki, qarşılaşmanın elə 15-ci dəqiqəsində Den Vhiteheadın qolu ilə önə keçən "Stok Siti", bu qalibiyyətini oyunun sonuna qədər qoruyub saxlaya bilib. Qeyd edək ki, ingilis klubu UEFA Avropa Liqasının E qrupunda Türkiyənin "Beşiktaş" futbol klubunun rəqibidir.

Bütün xəbərlər Facebook səhifəmizdə