UEFA Çempionlar Liqasında "Bazel" ilə qarşılaşacaq İngiltərənin "Mançester Yunayted" futbol klubunun baş məşqçisi Aleks Fergusyon, bir sıra açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, 1986-cı ildən bəri "qırmızı şeytanlar"ın sükanı arxasında olan qocaman şotlandiyalı futbol mütəxəssisi, "Bazel" azarkeşlərinin olduqca aqressiv və rəqib komandaya təsir edə biləcək gücdə olmaları barədə deyilənlərə, İstanbul nəhəngi "Beşiktaş"ın azarkeşlərini misal göstərərək cavab verib:
"2009-cu idə biz İstanbulda "Beşiktaş"la qarşılaşmışdıq. Mən həyatımda elə bir tərəfdar və futbol şousu seyr etmədim. Həttda biz meydandakı futbolu buraxıb tribunalardakı şounu seyr etməklə məşğul idik. Bu çox gözəl və eyni zamanda insana təsir edən mənzərə idi. İndi elə bir azarkeş şousunu görəndən sonra "Bazel" seyrçisindən çəkinəcəyimizdən danışmaq gülməli fakt olardı"-deyə A.Fergusyon fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB