İdmançılarımız “Paris Open” turnirində iştirak edəcəklər

İdmançılarımız “Paris Open” turnirində iştirak edəcəklər
Dekabrın 10-11-də Fransada taekvondo üzrə açıq "Paris Open" turniri keçiriləcək. Siasport.az saytı xəbər verir ki, yarışda Azərbaycanı milli yığmanın üzvləri - Fariz Əliyev, Elvin Məmmədov (hər ikisi 68 kq), artıq London Olimpiadasına lisenziya qazanmış Ramin Əzizov (80 kq) və Təvəkkül Bayramov (80 kq-dan yuxarı) təmsil edəcəklər. Qadınların mübarizəsində Türkanə Tahirli (49 kq), Günay Ağakişiyeva, Səbinə Mikayılova (hər ikisi 57 kq) və London Olimpiadasına vəsiqə qazanmış daha bir taekvondoçumuz - Fəridə Əzizova (67 kq) beynəlxalq yarışda qüvvələrini sınayacaqlar. Turnirdə yarışlar Olimpiya çəki dərəcələri üzrə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə