Dünya futbolunun daha bir əfsanəsi həyatla vidalaşdı. Siasport.az saytı xəbər verir ki, Braziliya milli komandasının keçmiş oyunçusu, dünyanın tanınmış futbolçularından olan Sokrates 57 yaşında həyatını itirib. Avropa mətbuatının yazdığına görə, bağırsaq infeksiyasından reanimasiyaya alınan Sokrates xəstəxanada keçinib. Sokrates bu ilin avqust ayında həzm sistemindəki qanama səbəbiylə reanimasiyaya alınmış, təxminən 2 həftəlik aradan sonra xəstəxanadan buraxılmışdı. Tibb fakültəsi məzunu olduğu üçün ''doktor'' ləqəbiylə tanınan Sokrates 1982 və 1986-cı illərdəki Dünya Çempionatında Braziliya milli komandasının kapitanı olub. Tam adı Sokrates Brasileiro Sampaio da Sousa Vieira da Oliveira olan futbolçu "Botafogo" (1974-1978), "Korintians" (1978-1984) və "Fiorentina" (1984-1985) klublarında forma geyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB