Nəhayət ki, Rusiya milli komandasının futbolçusu Roman Pavlyuçenkonun İngiltərənin "Tottenhem" klubundan gedişi reallaşıb. Siasport.az saytı xəbər verir ki, adı bir müddət Türkiyə və İtaliya klublarına transfer olunmaqda hallanan 29 yaşlı rusiyalı hücumçu Moskva "Lokomotiv"inə keçidini həll edib. Romanın yeni komandası ilə şərtlərini razılaşdırdığı müqavilənin müddətinin 3 illik olmağı nəzərdə tutulub. Onun "dəmiryolçular"ın ilk təlim-məşq toplanışında iştirakı nəzərdə tutulub ki, bu, gələn ilin yanvarında Portuqaliyada olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB