Stolüstü tennis üzrə Şərqi Avropa İttifaqının birinciliyinə yekun vurulub

Stolüstü tennis üzrə Şərqi Avropa İttifaqının birinciliyinə yekun vurulub
Ukraynanın Donetsk şəhərində keçirilən yeniyetmə oğlan və qızlar arasında stolüstü tennis üzrə Şərqi Avropa İttifaqının birinciliyi başa çatıb. Siasport.az saytı Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, yarışda Azərbaycan idmançıları da iştirak ediblər. Birincilikdə oğlanlardan ibarət yığmamız 3-cü yeri tutmuşdur. İdmançılarımız diplom və kubok ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə