Bu gün Ukrayna və Polşada təşkil olunacaq futbol üzrə 2012-ci ilin Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib. Siasport.az saytı xəbər verir ki, bu gün saat 21:00-da başlayan püşkatma zamanı AÇ-2012-nin final mərhələsinə vəsiqə qazanmış 16 komanda 4 qrupa bölünüblər. AÇ-2012-nin final mərhələsinin püşkatması nəticəsində aşağıdakı qruplar formalaşıb:
A qrupu: Polşa, Yunanıstan, Rusiya, Çexiya
B qrupu: Hollandiya, Danimarka, Almaniya, Portuqaliya
C qrupu: İspaniya, İtaliya, İrlandiya, Xorvatiya
D qrupu: Ukrayna, İsveç, Fransa, İngiltərə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB