Azərbaycan Basketbol Federasiyasının (ABF) İntizam Komissiyasının iclası keçirilib. Siasport.az saytı xəbər verir ki, iclasda "NTL-Tudor" klubu tərəfindən verilmiş etiraza baxılıb. Aparılan müzakirələrdən sonra XIX Azərbaycan çempionatının 1-ci turu çərçivəsində keçirilmiş "NTL-Tudor"–"Qala" oyununun nəticəsi ləğv edilib və qələbə "NTL-Tudor" komandasına verilib. Buna Rasim Ağarzayevin adının "AzTU" komandasının sifariş ərizəsində olduğu halda "Qala"nın heyətində çıxış etməsi səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB