Dekabrda Bakıda boks üzrə iki turnir keçiriləcək. Siasport.az saytı Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, bunlardan biri Azərbaycan boksçusu Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında beynəlxalq turnir, digəri isə böyüklər arasında ölkə çempionatıdır. A.Ağalarovun xatirəsinə həsr olunmuş turnir dekabrın 5-dən 12-dək Şağan Olimpiya İdman Kompleksində keçiriləcək. Artıq Rusiya, Hindistan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Dağıstan komandaları Bakıya gələcəklərini təsdiqləyiblər. Azərbaycan çempionatı isə dekabrın 19-dan 25-dək Bakı İdman Sarayında təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB