"Mən "Çelsi"dən heç yana getməyəcəm..."

"Mən "Çelsi"dən heç yana getməyəcəm..."
Sən demə İngiltərənin "Çelsi" futbol klubunun portuqaliyalı gənc baş məşqçisi Andre Villas Boaş, "zadəganların" uğursuzluq zolağından çıxacaqına inanırmış. Siasport.az saytı xəbər verir ki, Karlo Ancelottinin gedişindən sonra böyük ümidlərlə "zadəganların" sükanı arxasına gətirilən və gəldiyi gündən bəri də uğursuz çıxışı ilə yadda qalan gənc mütəxəssis, bütün bunlara baxmayaraq "Çelsi"ni tərk etməyi düşünmür.
"Mən "Çelsi"yə 3 illik bir layihə üçün gəlmişəm və bunu gerçəkləşdirəcəyimə inanıram. "Çelsi"dən getmək haqda düşünmürəm. Doğrudur, son zamanlar uğursuz çıxış edirik. Ancaq belə vəziyyət istənilən komandada yaşanır.Ona görə də ruhdan düşmək lazım deyil. Torresin zəif çıxışına gəldikdə isə heç bir futbolçumu müzakirə etmək istəmirəm. İnanıram ki, Torres və komanda yoldaşları "Çelsi"ni bu çətin vəziyyətdən çıxaracaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə