Bu axşam saat 21:00-də "Avro-2012"nin püşkatma mərasimi keçiriləcək

Bu axşam saat 21:00-də "Avro-2012"nin püşkatma mərasimi keçiriləcək
Nəhayət ki, futbol sevərlərinin gözü bu axşam mavi ekran qarşısında olacaq. Siasport.az saytı xəbər verir ki, bu axşam 2012-ci ildə Ukrayna və Polşada təşkil olunacaq Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Axşamkı püşkatmaya əsasən, AÇ-2012-nin final mərhələsinə vəsiqə qazanmış 16 komanda 4 qrupa bölünəcək. Avropa çempionatında iştirak edəcək bütün komandaların səbətlər üzrə bölgüsü də həyata keçirilib. Xatırladaq ki, meydan sahibləri Ukrayna və Polşa ilə yanaşı, İspaniya və Hollandiya yığmaları da I səbətdə yer alıb. Almaniya, İtaliya, İngiltərə və Rusiya milliləri isə II səbətdə qərarlaşıblar. Yerdə qalan 8 komanda isə III və IV səbətlərə bölünüblər. AÇ-2012-nin püşkatma mərasimi Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

I səbət: Ukrayna, Polşa, İspaniya, Hollandiya


II səbət: Almaniya, İtaliya, İngiltərə, Rusiya


III səbət: Xorvatiya, Yunanıstan, Portuqaliya, İsveç


IV səbət: Danimarka, Fransa, Çexiya, İrlandiya

Bütün xəbərlər Facebook səhifəmizdə