\"Beşiktaş\" \"Makkabi\"ni \"parçaladı\", Quaresma İsraildə futbol şousu göstərdi

\"Beşiktaş\" \"Makkabi\"ni \"parçaladı\", Quaresma İsraildə futbol şousu göstərdi

Dünən Axşam UEFA Avropa Liqasının 5-ci turunda növbəti qarşılaşmalar keçirilib. Siasport.az idman portalı xəbər verir ki, Türkiyənin bu turnirdəki yeganə təmsilçisi olan İstanbulun \"Beşiktaş\" futbol klubu, öz meydanında 5:1 hesabı ilə darmadağın etdiyi İsrail \"Makkabi\"sinin qonağı olub. Olduqca gərgin və dramatik keçən qarşılaşmada \"qara qartal\" 3:2 hesabı ilə qələbə qazanaraq 1/16 final mərhələsinə adlamaq üçün böyük şans qazanıb.

İngiltərədə \"Stok Siti\"nin qonağı olan Kiyev \"Dinamo\"su isə rəqib meydanından bir xalla geri dönüb. Almaniyanın \"Şalke\" klubu Rumınıyanın \"Styaua\" klubunu, Rusiya \"Lokomotiv\"i Avstriya \"Şturm\"unu, Portuqalya \"Sportinq\"i isə İsveçrə \"Sürix\"ini məğlub edib.

Belçika \"Anderlext\"i Yunanıstan \"AEK\"inə, Fransa \"PSJ\"-si isə İsveçrə \"Zalsburq\"una uduzub. Dünən axşam keçirilən bütün qarşılaşmaları və qeydə alınan nəticələri diqqətinizə çatdırırıq:


L qrupu

"Lokomotiv" (Moskva, Rusiya) – "Şturm" (Qraz, Avstriya) - 3:1

AEK (Yunanıstan) – "Anderlext" (Belçika) - 1:2


D qrupu

"Vasluy" (Rumıniya) – "Latsio" (İtaliya) - 0:0

"Sportinq" (Portuqaliya) – "Sürix" (İsveçrə) - 2:0


E qrupu

"Makkabi" (Təl-Əviv, İsrail) – "Beşiktaş" (Türkiyə) - 2:3

"Stok Siti" (İngiltərə) – "Dinamo" (Kiyev, Ukrayna) - 1:1


F qrupu

"Atletik" (Bilbao,İspaniya) – "Slovan" (Slovakiya) - 2:1

"Zalzburq" (İsveçrə) – PSJ (Fransa) - 2:0


J qrupu

AEK (Kipr) – "Makkabi" (Hayfa, İsrail) - 2:1

"Şalke" (Almaniya) – "Styaua" (Rumıniya) - 2:1


K qrupu

"Tvente" (Hollandiya) – "Fulhem" (İngiltərə) - 1:0

"Odense" (Danimarka) – "Visla" (Polşa) - 1:2

Bütün xəbərlər Facebook səhifəmizdə