Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində ilk turun son görüşlərinə start verilib. Axırıncı oyun günündə Bakının "Rabitə" klubu Fransanın "Myulhaus" komandası ilə qarşılaşıb.
Çempionlar Liqasının son finalçısı olan xanım voleybolçularımız 2011/2012 mövsümünə qələbə ilə başlamaq arzusunda idi. Bu dəfə qarşısına çempion olmaq hədəfi qoyan Zoran Qayiçin yetirmələri bu görüşün aşkar favoriti sayılırdı. "Rabitə"nin heyətində komandanın liderlərindən sayılan Natalya Məmmədovanın zədəli olması klubumuzun ziyanına işləyən amillərdən idi.
Qarşılaşmaya gəlincə, ilk dəqiqələrdən təşəbbüsü ələ alan "Rabitə" ilk setdə rəqibini 10 xal fərqi ilə məğlub edib: 25-15. Fransalı xanım voleybolçular ikinci hissəyə daha fəal başlasalar da, komandamız ikinci setdə dönüş yaratmağı bacarıb: 25-13
Voleybolçu qızlarımız sonuncu üçüncü setdə fransalı həmkarlarının müqaviməti ilə üzləşsə də, sonda seti 25-21 hesabı ilə irəlidə bitirməyi bacarıb. Beləliklə, "Rabitə" Çempionlar Liqasında qrup mərhələsinin ilk turuna 3:0 hesablı darmadağınla başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB