\"Qalatasaray\"-\"Fənərbaxça\" derbisində ən bahalı biletin qiyməti 500 dollardır!
Gələn həftə \"Qalatasaray\" və \"Fənərbaxça\" arasında oynanılacaq derbi qarşılaşmasının biletləri artıq satışa çıxarılıb. Siasport.az saytı xəbər verir ki, \"Türk Telekom Arena\"da oynanılacaq qarşılaşmaya həm Türkiyədə, həm də xarici ölkələrdə yaşayan hər iki klubun azarkeşləri tərəfindən maraq olduqca böyükdür. Bunu nəzərə alan təşkilatçılar isə, \"Fənərbaxça\"- \"Qalatasaray\" derbisinə baxmaq istəyənlər üçün biletlərin qiymətini də yüksəldiblər. Belə ki, bu derbini ən super lojada seyr etmək istəyən azarkeş ən azından cibindən 400 dollar əsirgəməli olacaq. Bu derbinin ən ucuz bilet qiyməti isə 50 dollara yaxındır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB