Rövnəq Abdullayev Berti Foqtsa möhkəm inanır…

Rövnəq Abdullayev Berti Foqtsa möhkəm inanır…
Sən demə AFFA prezidenti Rövnəq Abdullayev, hələ də futbol üzrə Azərbaycan millisinin Berti Foqtsla nəyəsə nail olacağına möhkəm inanırmış. Siasport.az saytı xəbər verir ki, R.Abdullayev bildirib ki, AFFA-nın İcraiyyə Komitəsinin bütün üzvləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun müqaviləsinin artırılması fikrini bəyəniblər: "B.Foqtsla müqavilənin 2014-cü ilədək artırılması barədə qərar qəbul etdik. Bu qərarın düzgün olduğuna və dünya çempionatının seçmə mərhələsində uğurlu nəticələr qazana biləcəyimizə inanıram."-deyə AFFA prezidenti fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə