"Barselona" "Real"ı, "Qarabağ" isə "Bordo" və "Bolton"u qabaqladı!

"Barselona" "Real"ı, "Qarabağ" isə "Bordo" və "Bolton"u qabaqladı!
Ağdamın "Qarabağ" futbol klubu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) reytinq cədvəlində mövqeyini xeyli yaxşılaşdırıb. Siasport.az saytı xəbər verir ki, İFFHS-in noyabr ayı üçün açıqladığı yeni reytinq sıralamasında "Qarabağ", 402 komandanın yer aldığı siyahıda daha 5 pillə irəliləyərək 298-ci yerə sahib olub.
Onun şərikləri Anqolanın "Deportivo" və Yaponiyanın "Kaşiva" klublarıdır. Hesabında 70,5 xal olan "Qarabağ" "Böyük beşlik" təmsilçilərindən "Cenoa", "Katanya" (hər ikisi İtaliya), "Bolton" (İngiltərə), "Hoffenhaym" (Almaniya), "Bordo"nu (Fransa) arxada qoyub. Qeyd edək ki, siyahıya Çempionlar Liqasının son qalibi olan İspaniyanın "Barselona" klubu 332 xalla başçılıq edir. Onun əzəli rəqibi Madrid "Real"ı 316 xalla 2-dir. İlk üçlüyü 279 xalla Argentinanın "Veles Sarsfild" klubu qapayır.

Bütün xəbərlər Facebook səhifəmizdə