Rövnəq Abdullayev Berti Foqtsla müqavilənin 2014-cü ilə qədər artırılmasına münasibət bildirib

Rövnəq Abdullayev Berti Foqtsla müqavilənin 2014-cü ilə qədər artırılmasına münasibət bildirib
AFFA Prezidenti Rövnəq Abdullayev Berti Foqtsla müqavilənin 2014-cü ilə qədər artırılmasına münasibət bildirib. Siasport.az saytı xəbər verir ki, R.Abdullayev bu qərarın düzgün olduğuna və dünya çempionatının seçmə mərhələsində uğurlu nəticələr qazana biləcəyimizə inanır: "Bu gün bir neçə məsələ müzakirə olundu. Əsas məsələlərdən biri milli komandanın baş məşqçisinin müzakirəsi idi". Apasport.az saytının xəbərinə görə, bunu AFFA prezidenti Rövnəq Abduallayev deyib. İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra fikirlərini açıqlayan assosiasiya rəhbəri bildirib ki, toplantıya qatılanlar baş məşqçi Berti Foqtsun müqaviləsinin artırılması fikrini bəyəniblər: "Berti Foqtsla müqavilənin 2014-cü ilə qədər artırılması barədə qərar qəbul etdik. Bu qərarın düzgün olduğuna və dünya çempionatının seçmə mərhələsində uğurlu nəticələr qazana biləcəyimizə inanıram".

Bütün xəbərlər Facebook səhifəmizdə