Bu axşam UEFA Avropa Liqasında bir sıra prinsipial oyunlar keçiriləcək

Bu axşam UEFA Avropa Liqasında bir sıra prinsipial oyunlar keçiriləcək
Bu gün axşam UEFA Avroliqada V turun oyunları keçiriləcək. Siasport.az saytı xəbər verir ki, bu gün keçiriləcək turun matçları 1 yox, 2 gündə keçiriləcək. 24 oyun günlər üzrə bərabər şəkildə bölünüb. Bir sıra komandalar artıq bu gün 1/16 finala vəsiqəni qazana bilərlər. Keçmiş "Qalatasaray"lı Arda Turanın hazırkı komandası olan Madrid "Atletiko"sunu Şotlandiyada çətin sınaq gözləyir. "Seltik" evdə ispanlara qalib gələrsə, rəqibini turnir cədvəlində arxada qoyacaq.
A.Turanın komanda yoldaşları bu çətin səfərdən 3 xalla qayıdarsa, növbəti mərhələyə vəsiqəni sona 1 tur qalmış təmin edəcək. Bundan başqa "Rubin" – "Şemrok Rovers", "Renn" – "Udineze" və "Braqa" – "Birmingem" qarşılaşmaları da olduqca prinsipial xarakter daşıyır.
A qrupu
"Rubin" (Rusiya) – "Şemrok Rovers" (İrlandiya) 00:05.
"Tottenhem" (İngiltərə) – PAOK (Yunanıstan)
B qrupu
00:05. "Standard" (Belçika) - "Hannover" (Almaniya)
00:05. "Vorskla" (Ukrayna) – "Kopenhagen" (Danimarka)
C qrupu
00:05. "Rapid" (Avstriya) – "Hapoel" (Təl-Əviv, İsrail)
00:05. "Legiya" (Polşa) – PSV (Hollandiya)
G qrupu
22:00. "Malmö" (İsveç) – "Alkmaar" (Hollandiya)
22:00. "Metallist" (Ukrayna) – "Austriya" (Avstriya)
H qrupu
22:00. "Maribor" (Sloveniya) – "Brügge" (Belçika)
22:00. "Braqa" (Portuqaliya) – "Birmingem" (İngiltərə)
I qrupu
22:00. "Renn" (Fransa) – "Udineze" (İtaliya)
22:00. "Seltik" (Şotlandiya) – "Atletiko" (İspaniya)

Bütün xəbərlər Facebook səhifəmizdə