İsgəndər Cavadov: "Foqtsun gedib-getməməsi onsuz da heç nəyi dəyişmir"
Sən demə AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov da futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsla müqavilənin artırılmasına müsbət yanaşmır. Siasport.az saytı xəbər verir ki, qocaman futbolçu, Azerisport.az saytına müsahibəsində bildirib ki, onsuz da B.Foqts böyük uğurlara imza ata bilməyəcək: "Son iki ildə AFFA yığma üçün hər cür şərait yaradıb. Amma inkişaf yoxdur. Mən düşünmürəm ki, Berti Foqtsla müqavilənin artırılması uğurlu nəticə qazanmağa şərait yaradacaq. Onun gedib-getməməsi onsuz da heç nəyi dəyişmir. Foqts böyük uğurlara imza ata bilməyəcək. Ən azı, yığmamızın heyətini və Azərbaycan çempionatının səviyyəsinin aşağı olmasını nəzərə aldıqda, bunu görmək çətin deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB