İranın Urmiya şəhərində İran şəhidlərinin xatirəsinə həsr olunmuş cüdo üzrə VII beynəlxalq turnir keçirilib. Siasport.az saytı xəbər verir ki, yarışda Azərbaycanı Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən ezam olunmuş idmançılar təmsil ediblər. Cüdoçularımızdan 55 kq çəki dərəcəsində mübarizə aparan Ramin Ələkbərov qızıl, Elçin Novruzzadə bürünc medala sahib olublar. 73 kq çəki dərəcəsində Fuad Həbibzadə ikinci, Elvin Əhmədli isə üçüncü yeri qazanıblar. Turnirin final qarşılaşmasında idmançılarımız Ermənistan komandası üzərində parlaq qələbə qazanaraq ümumi komanda hesabında üçüncü yeri tutublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB