"Mançester Siti" 36 ildən sonra "Arsenal"ı öz meydanında məğlub etdi!

"Mançester Siti" 36 ildən sonra "Arsenal"ı öz meydanında məğlub etdi!
Dünən futbol üzrə İngiltərə Kubokunun 1/4 final qarşılaşmasında "dumanlı albiom"un iki nəhəng futbol klubu üz-üzə gəlib. Siasport.az saytı xəbər verir ki, "Mançester Siti" və "Arsenal" münasibətlərinə aydınlıq gətiriblər. "Topçular"ın əsasən əvəzedici heyətlə meydana çıxdıqları bu qarşılaşmada, oyunun taleyini 85-ci dəqiqədə Diyeqo Maradonanın kürəkəni Agueronun vurduğu qol həll edib. Bununla da "Mançester Siti" adını İngiltərə Kubokunun yarımfinalına yazdırmaqla yanaşı, eyni zamanda 36 ildən sonra səfərdə "Arsenal"ı məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə