Bakının “Azərreyl” voleybol komandası Çempionlar liqası yarışlarına qələbə ilə başlayıb

Bakının “Azərreyl” voleybol komandası Çempionlar liqası yarışlarına qələbə ilə başlayıb
Bakının qadınlardan ibarət "Azərreyl" voleybol komandası Çempionlar liqası yarışlarına qələbə ilə başlayıb. Siasport.az idman portalının verdiyi xəbərə görə, D qrupunda mübarizə aparan "Azərreyl" səfərdə Rumıniyanın "Tomis Konstanta" komandasına 3:0 hesabı ilə qalib gəlib.
Birinci hissənin əvvəlində ev sahibləri oyuna üstün başlasalar da, sonda komandamız dəqiq hücumları ilə hesabda önə keçməyi bacarıb. Beləliklə, ilk hissədə qızlarımız 25:19 hesabı ilə qalib gəliblər.
İkinci hissədə də "Azərreyl" inamlı oyunu nümayiş etdirərək 25:18 hesabı ilə qələbə qazanıb.
Baş məşqçi Faiq Qarayevin yetirmələri səfərdə çıxış etmələrinə baxmayaraq üçüncü setdə də azarkeşlərini sevindiriblər (25:22).
Komandamız növbəti oyununda dekabrın 8-də Bakıda İtaliyanın "Bergamo" kollektivini qəbul edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə