İspaniyanın "Barselona" futbol klubu, dünən La Liqanın dübutant klubu olan "Rayo" futbol klubunu 4 cavabsız qolla məğlub edərək əzəli rəqibi olan "Real" ilə aralarındakı xal fərqini 3-ə endirib. Siasport.az saytı xəbər verir ki, La Liqadakı ötən qarşılaşmada "Xetafe"yə məğlub olan katalon klubu, bu qələbədən sonra azacıq da olsa rahat nəfəs ala bilib. Amma La Liqanın 17-ci turu çərçivəsində dincəlməli olacaq "Barselona", "Real" ilə aralarındakı xal fərqinin yenidən 6-ya çatmaması üçün kral klubunun növbəti turlarda xal itirməsinə ümid etməli olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB