"Fənərbaxça" və "Qalatasaray" Mevlut Erdinçi transfer etmək üçün mübarizə aparırlar

"Fənərbaxça" və "Qalatasaray" Mevlut Erdinçi transfer etmək üçün mübarizə aparırlar
İstanbulun iki nəhəng futbol klubu Fransa çempionatında çıxış edən türk əsilli futbolçunu traansfer etmək üçün bir-birləri ilə rəqabətə başlayıblar. Siasport.az saytı xəbər verir ki, "Fənərbaxça"nın ardınca digər bir İstanbul nəhəngi olan "Qalatasaray" da futbol üzrə Türkiyə millisinin şərəfini qoruyan futbolçunu heyətinə qatmaq üçün mübarizəyə başlayıb. Türkiyə mətbuatı xəbər verir ki, qış transfer dövründə güclü transferlər reallaşdırmağı və heyətlərini gücləndirməyi planlaşdıran hər iki Türkiyə futbol klubu, "PSJ"-də forma geyən Mevlut Erdinçin transferində israrlı görünürlər.
Şübhəsiz bu fakt, ilk əvvəl fransız klubunun mənfəətlərinə uyğun gəlir. Çünki "PSJ" öz ulduz futbolçusunu daha böyük qiymətə satmağı planlaşdırır. "Miliyyet" qəzeti yazır ki, artıq fransız klubunun menecerləri hər iki türk klubuna maliyyə şərtlərini çatdırıblar. Olduqca texnikalı futbol bacarığına malik olan M.Erdinçin hansı kluba keçəcəyi isə onun transferi üçün "PSJ"-yə kimin daha çox pul verməsindən asılı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə