Berti Foqtsun gələcək taley sabah məlum olacaq

Berti Foqtsun gələcək taley sabah məlum olacaq
AFFA-nın İcraiyyə Komitəsinin (İK) növbəti iclasının vaxtı müəyyənləşib. SİA-nın verdiyi məlumatına görə, İK üzvləri sabah saat 13:00-da bir araya gələcəklər. Toplantı Dövlət Neft Şirkətinin baş ofisində keçiriləcək. İclasın gündəliyinə salınan məsələlərdən birincisi Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun gələcək taleyi ilə bağlı olacaq. Məhz bu iclasdan sonra almaniyalı mütəxəssisin komandamızda qalıb-qalmayacağı dəqiqləşəcək. Ardından "İnter" Peşəkar İdman Klubunun "Şəfa" stadionu ilə bağlı müraciətinə baxılacaq. Daha sonra isə digər məsələlər müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə