"Neftçi"-“Simurq” qarşılaşmasına təcrübəsiz hakim təyinat aldı!

"Neftçi"-“Simurq” qarşılaşmasına təcrübəsiz hakim təyinat aldı!
Futbol üzrə Azərbaycan kubokunun 1/8 final qarşılaşmaları, deyəsən yenə qalmaqalsız ötüşməyəcək. Siasport.az saytı xəbər verir ki, son günlər hakimlərdən "dad edən" Bakının "Neftçi" futbol klubunun Zaqatalanın "Simurq" klubu ilə keçirəcəyi qarşılaşmaya heç bir hakimlik təcrübəsi olmayan gənc hakim təyinat alıb. Zaqatala təmsilçisinin "Neftçi" ilə qarşılaşmanın təcrübəli referiyə tapşırılması xahişi yerinə yetirilməyib. Bu komandaların oyununa gənc baş hakim Rəhim Həsənov göndərilib. 30 noyabr (çərşənbə) 13:00. "Qəbələ" – "Neftçala" Hakimlər: Rauf Cabbarov, Rahil Ramazanov, Ruslan Quliyev, Teymur Fərhadov Qəbələ şəhər stadionu. 13:00. "Qarabağ" (Ağdam) – "Sumqayıt Şəhər" Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Zeynal Zeynalov, İnqilab Məmmədov Ağdam, Quzanlı Olimpiya Kompleksinin stadionu. 13:00. "Kəpəz" (Gəncə) – "Bakılı" Hakimlər: Vüsal Əliyev, İsgəndər Əliyev, Əli Məmmədov, Anar Göyçayski Gəncə şəhər stadionu. 13:00. "Xəzər Lənkəran" – "Qaradağ Lökbatan" Hakimlər: Elvin Əsgərov, Ramiz Əsədov, Coşqun Həsənov, Ramil Əhmədov Bakı, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. 13:30. "Bakı" – "Rəvan" (Bakı) Hakimlər: Rövşən Əhmədov, Rza Məmmədov, Vaqif Musayev, Anar Salmanov "Bakı" futbol klubunun təlim-məşq bazasının stadionu. 16:00. AZAL (Bakı) – "Şahdağ" (Qusar) Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Mirzə Fərzəliyev, Elnur Muradov Bakı, "AZAL Arena". 16:00. "Simurq" (Zaqatala) – "Neftçi" (Bakı) Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Elşən Acalov, Əliyar Ağayev Zaqatala Olimpiya Kompleksinin stadionu. 17:00. "İnter" (Bakı) – "Turan" (Tovuz) Hakimlər: Fuad Həsənov, Elman Musayev, Yaşar Abbasov, Fariz Yusifov Bakı, "Şəfa" stadionu. Qeyd edək ki, bu mərhələdə komandalar bir dəfə üz-üzə gələcəklər. Qaliblər ¼ finala yüksələcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə