Məşhur ispaniyalı futbolçu Quti Hernantezi biz artıq yaşıl meydanlarda görə bilməyəcəyik. Siasport.az saytı xəbər verir ki,
əsl adı Xose Mariya Qutyerres olan məşhur futbolçu, artıq futbolu buraxmaq qərarına gəldiyini elan edib. Belə ki, "Marca" qəzetinin yazdığına görə noyabrın 14-də Türkiyə "Beşiktaş"ı ilə müqaviləsi qarşılıqlı razılıq əsasında pozulduqdan sonra 35 yaşlı hücumçu belə qərar qəbul edib. Hazırda İspaniyada olan Quti gələcəkdə vaxtının çox hissəsini övladlarına sərf edərək həyatdan zövq almaqda davam edəcəyini açıqlayıb.
Quti, "Real Madrid"in yetirməsidir. 1995-ci ildə "kral klubu"nun əsas komandasında debüt edən Quti 5 dəfə İspaniya çempionluğu, 3 dəfə Çempionlar Liqasını qazanıb. O, 2010-cu ilin yayında "Beşiktaş"a keçib. 1998 – 2008-ci illərdə İspaniya yığmasında çıxış etmiş Quti 3 qol vurub. Lakin o, Avropa və dünya çempionatlarının final mərhələlərinə aparılmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB