Madrid "Real"ının portuqaliyalı futbolçusu Kriştianu Ronaldo İspaniya mətbuatının keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən daha bir mükafata layiq görülüb. Siasport.az saytı xəbər verir ki, "Real"ın ulduz futbolçusuna "Premios AS del Deporte 2011" mükafatı verilib. İspaniyanın "AS" qəzeti ilin yekunları ilə bağlı keçirdiyi sorğuda öz oxucuları arasında 13 nominasiya üzrə bu mükafata layiq görülən insanları müəyyənləşdirib. Bu il La ligada ən çox qol vuran Ronaldo ilə birlikdə, ispanların qadınlar üzrə U-17 futbol komandası, kişilərin tennis yığması və digər idman növləri üzrə uğurlar qazanmış idmançılar da mükafatlandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB