Əmrə Belözoğlu "Benfika"ya yollanır...

Əmrə Belözoğlu "Benfika"ya yollanır...
İstanbulun "Fənərbaxça" futbol klubu ilə gələn mövsüm müqaviləsi sona çatacaq Əmrə Belözoğlu, artıq koryerasını Avropa klublarından birində davam etdirməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, futbol üzrə Türkiyə millisinin də şərəfini qoruyan Ə.Belözoğlu, son vaxtlar yaşıl meydanlardan kənarda ona qarşı edilən təzyiqlərdən və mediyada yer alan informasiya hücumlarından bezdiyini dilə gətirib. O bildirib ki, artıq futbol həyatını Avropa klublarından birində davam etdirməyə hazırlaşır.
Türkiyə mətbuatı isə xəbər verir ki, "Fənərbaxça"lı futbolçunu Portuqaliyanın "Benfika" futbol klubu heyətində görmək istəyir. Belə ki, yanvar ayında Portuqaliya futbol klubu yanvar ayında milli futbolçunun transfer ilə bağlı "Fənərbaxça"nın "qapısını döyəcək." Artıq İstanbul klubu da ildə 3,5 milyon avro ödədiyi futbolçu ilə yollarını ayırmağa müsbət yanaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə