"Atletiko Madrid"in prezidenti dünən gizli şəkildə İstanbula gəlib!
Sən demə İspaniyanın "Atletiko Madrid" futbol klubunun prezidenti Enrique Cerezo dünən səhər saatlarında İstanbulda olub. Siasport.az saytı xəbər verir ki, son bir il ərzində İstanbul klubu ilə sıx əlaqələri və geniş əməkdaşlığı yaranan İspaniya klubu, "cim bom"la daha bir futbolçunun transferi ilə bağlı gizli danışıqlar aparmağa başlayıb. Belə ki, İstanbulda "Qalatasaray" prezidenti Ünal Aysal ilə görüşən "Atletiko Madrid"in prezidenti, Madrid klubunun ulduz futbolçusu Reyesin Türkiyə klubuna transfer olunması ilə bağlı müzakirələr aparıblar. Türkiyə mediyasının xəbərinə əsasən, Madrid təmsilçisinin reyesin transfer üçün 7 milyon avro tələb etməsinə baxmayaraq "Qalatasaray" rəhbərliyi bu rəqəmin olduqca baha olduğunu önə çəkib. Tərəflər Reyesin transferi ilə bağlı güzəştli məxrəcə gəlmək üçün danışıqları davam etdirmək qərarına gəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB