Atletika üzrə Azərbaycan millisi Şarjah şəhərində keçiriləcək dünya oyunlarında iştirak edəcək
Dekabrın 1–dən 7-dək Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində dünya oyunları keçiriləcək. Siasport.az saytı xəbər verir ki, yarışda Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika üzrə (amputant idmançılar arasında) milli komandası 8 nəfərlik heyətlə iştirak edəcək. İdmançılar 2012-ci il London Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda mübarizə aparacaqlar. Millimizin heyətində Oloxan Musayev, Mehman Ramazanzadə (hər ikisi nüvə itələmə, disk atma), Samir Nəbiyev (disk atma), Hüseyn Həsənov, Vüqar Adışirinov (hər ikisi uzunluğa tullanma, üç təkanla tullanma), Bəhruz Bəşirov (nüvə itələmə, disk atma, nizə atma), Mədinət Abdullayeva (nüvə itələmə, disk atma, nizə atma) və Allahverdi Allahverdiyev (nüvə itələmə, nizə atma) iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB