Futbol üzrə Azərbaycan millisi Dekabrın 5-dən 8-dək təlim-məşq toplanışı keçirəcək

Futbol üzrə Azərbaycan millisi Dekabrın 5-dən 8-dək təlim-məşq toplanışı keçirəcək

Dekabrın 5-dən 8-dək Bakıda futbol üzrə Azərbaycan milli komandasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək. Siasport.az saytı xəbər verir ki, toplanışa daha bir futbolçu – "Qarabağ" klubunun üzvü Qara Qarayev dəvət olunub. İsmayıl Ediyev isə millinin təlim-məşq toplanışında iştirak etməyəcək. Buna səbəb, İ.Ediyevin zədəli olmasıdır. Bu barədə futbolçu telefonla zəng edərək Azərbaycan milli komandasının baş inzibatçısı İslam Abbasova məlumat verib. Müqavilə ilə Rusiyanın "Terek" klubuna məxsus olan futbolçu hazırda icarə əsasında "Fakel" (Rusiya) komandasında çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə