Siasport.az-ın məlumatına görə 2012-ci il yarışlarının daha maraqlı olması gözlənilir. 2012-ci ilin iyun ayında start götürəcək yarışda velosipedçilər daha sürətli çıxış etməli olacaqlar. Belə ki, üç mərhələdə iştirakçılar ayrı-ayrılıqda starta çıxacaqlar. Uzunluğu ümumilikdə 3479 km olacaq yarışda, ilk belə mərhələ Belçikanın Lyej şəhərində olacaq. Bu mərhələnin uzunluğu 6,1 km təşkil edəcək. İştirakçılar daha bir dəfə 9-cu mərhələdə zamanla yarışacaqlar. Bu dəfə uzunluq 38 km olacaq. Həlledici təkli start isə sondan bir tur öncə keçiriləcək. Bu mərhələ digərləri ilə müqayisədə daha uzun 52 km olacaq. Bu dəfə ki yarışlarda dik ərazilər də digər illərlə müqayisədə daha çox olacaq. \"Tur de Frans\"ın favaritlərindən sayılan ispaniyalı velosipedçi Alberto Kontador marşrutla bağlı danışarkən qeyd edib ki, bu mübarizənin artmasına kömək olacaq və mübarizəni daha maraqlı edəcək. Kontodarun yarışda iştirak edib etməyəcəyi məlum deyil. Beləki, onun barəsində İdman Abrbitraj məhkəməsinin nə qərar verəcəyi gözlənilir. 2010-cu ildə dopinq testə ilişən velosipedçi ilə bağlı qərar yarışın startına qədər verilməlidir.
Qeyd edək ki, 20 mərhələdən ibarət olacaq yarış İyunun 30-da başalayacaq və iyulun 12-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB