Dekabrın 12-də “Barselona” klubunun əməkdaşları Qəbələyə 10 günlük səfər edəcəklər

Dekabrın 12-də “Barselona” klubunun əməkdaşları Qəbələyə 10 günlük səfər edəcəklər
"Qəbələ" futbol klubu ilə İspaniyanın "Barselona" komandası arasında əməkdaşlıq barədə müqavilə imzalanıb. Siasport.az saytı xəbər verir ki, əməkdaşlığın məqsədi əsas komandanın və akademiyanın inkişaf etdirilməsi, "Qəbələ"nin peşəkar futbol klubu kimi formalaşmasında "Barselona"nın təcrübəsindən yararlanmaqdır. Razılaşmaya əsasən, dekabrın 12-də "Barselona" klubunun əməkdaşları Qəbələyə 10 günlük səfər edəcəklər. Bu müddətdə "Qəbələ"nin məşqçiləri üçün seminarlar keçiriləcək. "Barselona"dan dəvət olunan məşqçi heyətinə Xosep Moratalla, Xavyer Aquado Kompanis və Karlos Martorell daxildir. Heyətə "Barselona"nın sabiq futbolçusu, UEFA-nın Pro kateqoriyalı məşqçisi X.Moratalla başçılıq edəcəkdir. Gələn ilin mayında və iyununda X.Moratallanın başçılıq etdiyi heyət yenidən Qəbələyə birhəftəlik səfər edəcək və kursların effektliliyini müəyyənləşdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə