Noyabrın 30-da futbol üzrə Azərbaycan kuboku yarışlarının səkkizdəbir final mərhələsi çərçivəsində təşkil olunacaq "Xəzər Lənkəran" – "Qaradağ Lökbatan" oyununun keçiriləcəyi stadion dəyişdirilib.Siasport.az saytı xəbər verir ki, Lənkəranda yağıntıların çoxluğu səbəbindən "Xəzər-Lənkəran" mərkəzi stadionunun ot örtüyü oyuna hazır vəziyyətdə deyil. Bu səbəbdən hər iki komandanın qarşılıqlı razılığı ilə matçın Bakıdakı Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda oynanılması qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB