“Qarabağ” “Sumqayıt Şəhər”lə keçirəcəyi oyununun hazırlığına başlayıb

“Qarabağ” “Sumqayıt Şəhər”lə keçirəcəyi oyununun hazırlığına başlayıb
"Qarabağ" komandası futbol üzrə Azərbaycan kuboku yarışlarının səkkizdəbir final çərçivəsində "Sumqayıt Şəhər"lə keçirəcəyi oyununun hazırlığına başlayıb. Siasport.az saytı xəbər verir ki, ötən turda öz meydanında əzəli rəqibi olan "Neftçi"yə məğlub olan "Qarabağ", noyabrın 30-da Quzanlı Olimpiya İdman Kompleksində keçiriləcək matça tam heyətlə hazırlaşa bilmir. Belə ki, Rəşad Sadıqov zədə səbəbindən məşqlərdən kənar qalıb. Eyni zamanda, atasının vəfatı ilə əlaqədar "Neftçi" komandası ilə oyunda iştirak etməyən Ansi Aqollinin bu gün Bakıya qayıtması gözlənilir. Müdafiəçi Bakıya dönən kimi Ağdama yollanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə