Balotelli də Roberto Mançinin "qara dəfətərinə" düşdü!

Balotelli də Roberto Mançinin "qara dəfətərinə" düşdü!

İngiltərənin "Mançester Siti" futbol klubunun italiyalı futbolçusu Balotelli, baş məşqçi olan həmyerlisi Roberto Mançinin "qara dəftərinə" düşüb. Siasport.az saytı xəbər verir ki, "Liverpul" ilə keçirilən qarşılaşmada, nizamsız hərəkətləri və qarşılaşmada iştirak etdiyi cəmi 20 dəqiqəyə yaxın müddətdə kobul oyununa görə hakim tərəfənidən meydandan qovulan italyan futbolçu, etdiyi hərəkətlər azmış kimi meydanın kənarında ona sərt şəkildə etiraz edən baş məşqçini də təhdid edən hərəkətləri ilə yadda qalıb. Belə ki, R.Mançinin ona qarşı etirazlarına sərt etiraz edən Balotelli, Karlos Tevezdən sonra R.Mançinin "qara dəftərinə" düşən ikinci futbolçu olub. "Liverpul" azarkeşləri qarşısında futboçusu tərəfindən ona qarşı edilən bu hərəkəti qəbul etməyən R.Mançininin artıq Balotellinin "kitabını bağladığı" bildirilir. Xatırladaq ki, Balotelli daha çox nizamsız hərəkətləri və cinayətkar aləmin nümayəndələri ilə sıx ünsiyyətdə olması ilə gündəmdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə