Fatih Terim "Türk Telekom Arena"da "Sivasspor"la oynanılan gərgin qarşılaşmada 2:1 hesablı çətin qələbə qazanan İstanbulun "Qalatasaray" futbol klubunda, vəziyyət olduqca kritikdir. Siasport.az saytı xəbər verir ki, qarşılaşmada olduqca kobud oyun nümayiş etdirən Elmander və Engir Baytar hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulublar. İstanbul klubunun rəhbərliyi və baş məşqçi Fatih Terim də mətbuata verdikləri açıqlamalarda hakimin çox haqlı olaraq "Qalatasaray"lı futbolçulara qırmızı vərəqə göstərdiyini deyiblər və həmin futbolçular üçün ciddi cəzalar tətbiq olunacağını dilə gətiriblər. Dünən isə Türkiyə mətbuatı, F.Terimin qarşılaşmadan sonra geyinib-soyunma otağına gələrək həm Elmanderə, həm də E.Baytara ciddi təpki göstərdiyini, nizamsız oyunlarını davam etdirəcəkləri təqdirdə hər iki futbolçu üçün əsas heyətdə yer olmayacağını kəskin şəkildə onların diqqətinə çatdırıb. Məlumata əsasən 57 yaşlı türk mütəxəssis, bundan sonra "Qalatasaray"ı çətin vəziyyətlərə salan, qırmızı vərəqə alan və oyun nizam-intizam qaydalarına riayət etməyən futbolçulara qarşı kəskin mövqe ortaya qoyulacağını hər bir futbolçunun diqqətinə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB